Müsabiqə qalibləri mükafatlandırılıb - FOTO

Müsabiqə qalibləri mükafatlandırılıb - FOTO

Mayın 20-də ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən Respublika ifa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtını səmərəli təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, gənc nəslin milli-mənəvi estetik tərbiyəsini yüksəltməkdən ibarətdir.
Fevralın 1-dən start verilən müsabiqə 3 mərhələdə keçirilib. I mərhələnin iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. II mərhələ - zona mərhələsi respublikanın şəhər və rayonlarında keçirilib. 49 ilk peşə və 33 orta ixtisas təhsili müəssisəsinin qatıldığı bu mərhələ Gəncə, Lənkəran, Qəbələ, Ağcabədi, Şamaxı, Sumqayıt, Şirvan və Bakı şəhərində təşkil edilib. 670 nəfərin iştirak etdiyi zona mərhələsində birinci, Bakı şəhərində isə birinci və ikinci yeri tutan 61 şagird və tələbə respublika mərhələsində iştirak edib. Müsabiqənin respublika mərhələsinə aprelin 28-də yekun vurulub. Respublika mərhələsində 23 nəfər birinci, 12 nəfər ikinci, 18 nəfər üçüncü yeri qazanıb.
Müsabiqə mahnı, təsnif və xalq mahnıları, şeir və rəqs olmaqla, 4 nominasiya üzrə keçirilib.
Qaliblərin seçilməsində şəffaflığı təmin etmək üçün hər nominasiya üzrə tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb.
Qaliblər Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Mədəniyyət xəbərləri
Azpress.az digər xəbərlər