Müsəlman futbolçu xanımlara münasibəti dəyişməyə çağırdı-İbrətamiz...

Müsəlman futbolçu xanımlara münasibəti dəyişməyə çağırdı-İbrətamiz...

"Time" jurnalı tərəfindən “dünyanın ən nüfuzlu 100 insanı” siyahısına daxil edilmiş məşhur müsəlman futbolçu Məhəmməd Salah İslam dünyasına müraciət edib.


Moderator.az xarici mediaya istinadla xəbər verir ki, İngiltərənin “Liverpul”klubunun aparıcı üzvü öz müraciətində müsəlmanların qadınlara münasibətinin dəyişməli olduğunu bildirib.

“Mən hesab edirəm ki, biz qadınlara qarşı münasibəti dəyişməliyik. Bu, vacib bir məsələyə dönüb. Mən indi qadınları əvvəlkindən daha çox dəstəkləyirəm. Ona görə ki, onlar daha artığına layiqdirlər”-deyə Salah vurğulayıb.


Qeyd edək ki, Quran və Sünnəyə əsasən qadın çox yüksək statusa malikdir. İslam bir qadının bütün hüquqlarını qətiyyətlə müdafiə edir və xanımlara başqa bir sistem və dinin verə bilməyəcəyi məqam verir. Ancaq bəzən ayrı-ayrı qrupların zehniyyətiylə bağlı ənənə və xüsusiyyətləri insanların Allahın göstərdiyi normalara riayət etmələrinə mane olur. İnsanların bu cür yanlışını isə Allah, Qurani-Kərim və ya Peyğəmbərimizin(s) sünnəsi ilə əlaqələndirmək doğru deyil...


Sultan Laçın


Siyasət xəbərləri
Prezident “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi”ni təsdiqləyib

Prezident “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi”ni təsdiqləyib

19-04-2019 16:41 - Report.az - Siyasət
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" fərman ilə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.“Report” xəbər verir ki, fərmanla Mərkəzin nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Mərkəzin yenidən təşkili və ləğvi Prezidentə, Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi Nazirlər Kabinetinə, inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi, strukturunun Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə həvalə edilib.
Moderator.az digər xəbərlər