“Müsəlmanlar iftar vaxtına düzgün riayət etmirlər” - Amerikalı astrofizik...

“Müsəlmanlar iftar vaxtına düzgün riayət etmirlər” - Amerikalı astrofizik...

Amerika astrofiziki müsəlmanların Ramazanda orucu düzgün tutmadıqlarını bildirib və orucluğun doğru hesab etdiyi gündəlik cədvəlini ortaya qoyub.


Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir. Nil Deqrasse Taysonun sözlərinə görə, dünyadakı milyonlarla müsəlman Ramazanda iftarı vaxtından əvvəl açır, yəni yemək-içməyə tez başlayırlar.


"Quranda açıq-aşkar bildirilir ki, Ramazan ayında oruc tutmaq günəşin batması ilə deyil, qaranlığın düşməsi ilə bitir. Qaranlıq isə toranlığın sonuna uyğun gəlir"- astrofizik belə deyib.


Tayson hesab edir ki, ekvatora yaxın ölkələrdəki müsəlmanlar vaxtından 15 dəqiqə əvvəl, Avropa və Yaxın Şərq sakinləri - təxminən yarım saat, şimal enliklərində yaşayanlar isə 45 dəqiqə əvvəl yeməyə başlayırlar.


Astrofizik yalnız Qurani-Kərimin Bəqərə surəsində iftarın vaxtı barədə deyilənləri doğru sayır. Bəzi müsəlman təriqətlərinin iftar vaxtını məğqib- şam namazı zamanı ilə eyniləşdirməsini isə qəbul etmir.


Sosial şəbəkələrin istifadəçiləri astrofizikin şərhlərinə hiddətlə cavab verib və onu öz arqumentlərini İslam şəriətinə qatmamağa çağırıblar.


P.S. Yəqin ki, tanınmış İslam din xadimləri amerikalı alimin b iddiasına doğru cavab verəcəklər.


Sultan Laçın


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər