Müsəlmanların mütləq xoşbəxtliyin sirrini bildiyi bəlli oldu...- Araşdırma-

Müsəlmanların mütləq xoşbəxtliyin sirrini bildiyi bəlli oldu...- Araşdırma-

Birlik konsepsiyasına ən yüksək inam səviyyəsi müsəlmanlarda, ən aşağısı isə ateistlərdə olub...

Ətrafdakı hər şeyin vahid Allahın rəhbərliyi altında birliyinə inanan insanlar özlərini daha xoşbəxt hiss edirlər.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, Amerika Psixoloji Assosiasiyasının təqdim etdiyi bir araşdırmada belə deyilir. Tədqiqatın nəticələri “Psychology of Religion and Spirituality” (“Din, psixologiya və mənəviyyat”) elmi jurnalında dərc edilib.


Ekspertlər qeyd edir ki, birlik konsepsiyasına olan inam bir insanın həyatdan razılıq səviyyəsini artırır. Bu nəticə təxminən 75 min adam arasındakı keçirilmiş bir sorğuya əsaslanır. Təbiətlə və ətrafdakı insanlarla bağlılıq duyğusunun, həmçinin, empati (biri-birinin dərdinə yanmaq) hissləri aşağıdakı prinsiplərlə razılaşanlarda daha aydın görünüb:


“İnanıram ki, dünyada hər şey ümumi prinsipə əsaslanır...


Dünyadakı bütün şeylər ümumi bir mənbəyə malikdir...


İnanıram ki, dünyada hər şey bir-biri ilə bağlıdır...


Mən hər şeyə əsaslanan ilahi prinsipə inanıram...


Dünyada hər şey bir-birinə bağlıdır və bir-biri ilə asılı vəziyyətdədir...”


Birlik hissi din, cinsiyyət və yaşa uyğun olaraq müxtəlifdir. Birlikkonsepsiyasına ən yüksək inam səviyyəsimüsəlmanlarda, ən aşağısı isə ateistlərdəolub...


Sultan Laçın


İKT xəbərləri
Moderator.az digər xəbərlər