“Müstəqillik ən böyük sərvətimizdir”

“Müstəqillik ən böyük sərvətimizdir”

28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrindən biridir. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı XX əsrin əvvələrində bu arzusuna qovuşdu. Məhz həmin gündə Şərqdə ilk dəfə olaraq demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanının yarandığı bütün dünyaya bəyan edilmişdir.

Ulu Öndər Heydər Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırqsa Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi önəm verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq , onu Azərbaycanın dövlət müstəqilliyi günü -Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır".

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumuş və möhkəmləndirmişdir.Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyini arzudan reallığa çevirmişdir.Və hər zaman deyirdi: "Müstəqillik bir bəyanatla olmur.Müstəqillik əməli işlə olur.Əməli iş də ondan ibarətdir ki,biz özümüz öz ölkəmizin, öz torpağımızın, millətimizin, taleyimizin sahibi olmalıyıq".


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında demişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir.İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır.Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.Bu bir daha göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevərdir, mütərəqqi xalqdır".

Dövlət başçısı İlham Əliyev 2021-ci il oktyabrın 15- də "Müstəqillik Günü haqqında " Azərbaycan Respublikası Qanununu təsdiq etmişdir, həmin qanuna əsasən mayın 28- i ölkəmizdə Müstəqillik Günü elan edilmişdir.

Dövlət başçısı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edərək bu müstəqilliyin tamlığını təmin etdi.Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.Qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir.Ölkə Prezidentinin dediyi kimi:"Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir.Bu, həqiqətən də belədir.Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir.Azərbaycanın müstəqilliyi əbədidir".

Müstəqilliyimizin bizə verdiyi bəhrlər bu gun ölkəmizin bütün dünyada tanınmasına qəbul olunmasına imkan vermişdir.İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəyə çevrilir.

Həşimova Aygül.

C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Açar sözlər
Ilham Əliyev , Heydər Əliyev , Azərbaycan , Azərbaycan Respublikası , Ərkivan Qəsəbə , Prezident
Siyasət xəbərləri
Azinfo.az digər xəbərlər