Müxalifət fraksiyaları qanun layihəsinə qarşı ERMƏNİSTANDA

Müxalifət fraksiyaları qanun layihəsinə qarşı ERMƏNİSTANDA

Ermənistan parlamentinin müxalifət fraksiyaları – “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyaları ölkə hökumətində struktur dəyişikliklərinə dəyişikliklə bağlı qanun layihəsinin əleyhinə səs verəcəklər. SİA aysor-a istinadən xəbər verir ki, Sənəddə nazirliklərin sayının 17-dən 12-yə qədər azaldılması təklif olunur. Qanun layihəsinin lehinə isə yalnız iqtidarın “Mənim addımım” fraksiyası səs verəcək.

Müxalifətçi fraksiya təmsilçilərinin sözlərinə görə, mövcud qanun layihəsi ilə hakimiyyətin icra effektivliyinin artırılmasında hər hansı hədəfə çatmaq mümkün deyil.

Qeyd edək ki, qanun layihəsinə görə, Ermənistanda əmək və sosial məsələlər, səhiyyə nazirliyi, ədliyyə nazirliyi, müdafiə nazirliyi, FHN və XİN, elm, təhsil, mədəniyyət və idman nazirliyi, ətraf mühitin qorunması nazirliyi, ərazilərin və infrastrukturların idarə edilməsi nazirliyi, sənaye və yüksək texnologiyalar nazirliyi, iqtisadiyyat və maliyyə nazirlikləri fəaliyyət göstərəcəklər.

Ermənistan hökumətində kənd təsərrüfatı nazirliyi, energetika və təbii resurslar, mədəniyyət, idman və gənclərlə iş üzrə, diaspora nazirlikləri ləğv ediləcək.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər
“Elina məsələsindən manipulyasiya edib xaos yaratmaq istəyən qüvvələr var” – OKTAY HACIMUSALI+VİDEO

“Elina məsələsindən manipulyasiya edib xaos yaratmaq istəyən qüvvələr var” – OKTAY HACIMUSALI+VİDEO

18-04-2019 12:50 - Sia.az - Siyasət
Bəlli qüvvələrin - Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərənlərin ölkəmiz haqqında mənfi imic yaratmaq istəklərinin hadisə ətrafındakı iddialarının qəbulolunmaz olduğunu deyən media təmsilçisi əlavə edib ki, belələri hətta fərdi hadisələri belə şəxsi dividentlərinə yazmağa cəhdlər göstərirlər: “Bu hadisə Azərbaycanda birinci hadisə deyil, minlərlə belə hadisələr baş verir” kimi istiqamətini götürərək mənfi obraz yaratmaq, insanlara, dünya ictimaiyyətinə Azərbaycanla bağlı mənfi informasiyalar ötürmək xoşagələn hadisə deyil. Bunu böyük bir masştabda təqdim edib, ortalığı vəlvələyə verib və Elinanın intiharı ilə bağlı konkret olaraq, dövləti suçlamaq, hakimiyyəti suçlamaq, hakimiyyətdə boşluqların olduğunu demək, iqtidarda bəzi şeylərin öz yerində olmadığını demək özü qəbul olunan bir iddia deyil”.“Sosial və psixoloji problemli ailədən çıxan şagirdlər var və onlar yeniyetməliyin gətirdiyi aqressiya, həyata tam oturuşmamış fikirlər kontekstində xoşagəlməz hadisələr törədə bilərlər”“Şəxsən özüm elə hadisələrin şahidi olmuşam ki, məktəblərdə qarmaqarışıq, sosial və psixoloji problemli ailədən çıxan şagirdlər var və onlar yeniyetməliyin gətirdiyi aqressiya, həyata tam oturuşmamış fikirlər kontekstində xoşagəlməz hadisələr törədə bilərlər.