Myanma aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb

Myanma aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı, 8 may, AZƏRTAC

Banqladeşin Biman aviakompaniyasına məxsus sərnişin təyyarəsi Myanma aeroportunda qəzaya uğrayıb.

AZƏRTAC Myanmar Times nəşrinə istinadla xəbər verir ki, insident beynəlxalq Yanqon aeroportunda qeydə alınıb. Hazırda hava limanı bağlanıb. Daily Star qəztinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 33 sərnişin olub.

Qəzaya əlverişsiz hava şəraiti səbəb olduğu bildirilir. Təyyarə eniş zolağından çıxaraq üç hissəyə bölünüb. Hələlik xəsarət alanlar və ya həyatını itirənlər barədə məlumat verilmir.

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər