Myanma aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb

Myanma aeroportunda sərnişin təyyarəsi  qəzaya uğrayıb

Banqladeşin Biman aviakompaniyasına məxsus sərnişin təyyarəsi Myanma aeroportunda qəzaya uğrayıb.

Metbuat.az Myanmar Times nəşrinə istinadla xəbər verir ki, insident beynəlxalq Yanqon aeroportunda qeydə alınıb. Hazırda hava limanı bağlanıb. Daily Star qəztinin yaydığı məlumata görə, təyyarənin göyərtəsində 33 sərnişin olub.

Qəzaya əlverişsiz hava şəraiti səbəb olduğu bildirilir. Təyyarə eniş zolağından çıxaraq üç hissəyə bölünüb. Hələlik xəsarət alanlar və ya həyatını itirənlər barədə məlumat verilmir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər