Myanmada mədən uçub, ölənlər var - FOTO

Myanmada mədən uçub, ölənlər var - FOTO
Myanmanın şimalındakı Kaçin ştatında yaşma daş mədəninin uçması nəticəsində 3 nəfər ölüb, azı 51 işçi (bəzi məlumatlara görə 90-dək) yerin altında qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ştatın ucqar Hpakant bölgəsində yerləşən mədəndə xilasetmə tədbirləri görülsə də, rəsmi şəxslər yerin altında - 100 metrədək dərinlikdə qalanların çıxarılmasına ümidin az olduğu qənaətindədirlər. Hələlik üç nəfərin meyitini çıxarmaq mümkün olub.

“Biz çox da ümidli deyilik, çünki insanlar torpaq altında qalıb, onları çıxarmaq, doğrudan da, çətin məsələdir”, - mədənin operator şirkətlərindən biri olan “Myanmar Thura”nın nümayəndəsi U Nainq bildirib.

Xilasetmə işlərinin Myanma Qırmızı Xaç Cəmiyyəti, hərbçilər, polis, yerli könüllülərin birgə səyilə görüldüyü bildirilir.

Qeyd edək ki, Kaçində hasil olunan yaşma daşı dünyanın ən keyfiyyətlilərindən hesab olunur.

Paylaş:

Hadisə xəbərləri
Eldar Mahmudovun "qara kassası" milyon dolları ölkədən belə çıxarıb - təfərrüat

Eldar Mahmudovun "qara kassası" milyon dolları ölkədən belə çıxarıb - təfərrüat

26-04-2019 00:00 - Big.az - Hadisə
Şübhə yoxdur ki, Vüqar Mahmudov bütün bunları sabiq nazirin göstərişi və razılığı əsasında gerçəkləşdirib Xəbər verildiyi kimi, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin olunub. Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Regionxeberleri.com digər xəbərlər