MyGov sisteminin ilkin təqdimatı keçiriləcək

 MyGov sisteminin ilkin təqdimatı keçiriləcək

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısında Elektron Hökumətin İnkişafı Mərkəzinin (eGov Mərkəzi) hazırladığı "MyGov” sisteminin ilkin təqdimatı keçiriləcək.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

"Bu sistem eGov portalında vətəndaşlarla bağlı "Şəxsi kabinet”in yaradılmasını və vətəndaşla əlaqəli bütün bildirişlərin, arayışların və digər məlumatların, həmçinin xidmətlərin buraya cəlb olunmasını nəzərdə tutur. "MyGov” sisteminin ictimaiyyət üçün geniş təqdimatının isə yaxın müddətdə keçirilməsi gözlənilir”, - deyə O.Gündüz bildirib.

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər
 Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

11-03-2019 15:56 - Xeberler.az - İqtisadiyyat
Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib.
Xeberler.az bildirir ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslərwww.grants.edu.azsaytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər.
Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər.
Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır..