“MyndVR” şirkəti virtual reallığı yaşlı insanlar üçün uyğunlaşdırır

“MyndVR” şirkəti  virtual reallığı yaşlı insanlar üçün  uyğunlaşdırır

Təxminən 2 il bundan əvvəl yaşlı insanlara bir çox yeni təəssüratlar yaşamağa imkan verən “MyndVR” adlı ilk virtual reallıq platforması işlənib hazırlanmışdı. Bu günlərdə eyni adlı şirkət həmin platformanın ikinci versiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, “MyndVR 2.0” platforması mobil qurğu, həmçinin virtual reallıq eynək istehsalçısı “HTC” şirkətinin “Vive X” sürətləndiricisi ilə əməkdaşlıq çərçivəsində işlənib hazırlanıb. Platformanın əvvəlki versiyası smartfona qoşulma tələb edən virtual reallıq qarniturları ilə işləyirdi, yeni model isə “HTC Vive Focus” adlı avtonom virtual reallıq şlemindən istifadə edir. Xəstə baxıcısı tədarük dəstinə daxil olan planşet vasitəsilə virtual reallıqda baş verənlərə nəzarət edə bilər.

“MyndVR” platformasının yeni versiyası məzmun baxımından əvvəlkindən fərqlənmir: yaşlı insan keçmişin xoş anlarını yenidən yaşaya bilər: məsələn, Frank Sinatranın çıxışında iştirak edə və ya Böyük Çin səddi, Norveçin fiordları və ya açıq kosmosda ola bilər.

Emil Hüseynov

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Emil Hüseynov , Frank Sinatra , Elektron Xəbər Xidməti , Norveç Xəbərləri Class , Çin , Norveç
İKT xəbərləri
Metbuat.az digər xəbərlər