Nadir xəstəlik üzündən yemək yeyə bilmir

Nadir xəstəlik üzündən yemək yeyə bilmir

Böyük Britaniya vətəndaşı nadir xəstəliyə tutulub.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı qız hələ uşaqlıqdan immunitet zəifliyindən əziyyət çəkirmiş. Britaniyalını tez-tez həkimə aparırlarmış. Onun 10 yaşında nadir xəstəliyə tutulduğu məlum olub.

Bu xəstəliyin əsas simptomlarından biri qida borusunda iltibahlı reaksiyadır. 2016-cı ildə Smitin vəziyyəti pisləşir. Həkimlər qida qəbulu üçün ona boru yazırlar. Amma qız bu yolla rahat qida qəbul edə bilmir.

Hazırda Smit borusuz keçinməli olur. Eyni zamanda hər gün xəstəliklə mübarizə aparmaq lazım gəlir.Qızın mədəsindəkilər qida borusuna düşür. Sinəsində kəskin ağrılar olur.

Eymi-li tamamilə yeməkdən qalıb. Həkimlər ona yetəri qədər kömək edə bilmirlər. Onların dediyinə görə, belə xəstəlik min uşaqdan birində rast gəlinir.

Hadisə xəbərləri
Big.az digər xəbərlər