Naməlum şəxslər Quba sakininin 200-dən çox meyvə ağacını məhv etdi

Naməlum şəxslər Quba sakininin 200-dən çox meyvə ağacını məhv etdi

Qubada naməlum şəxs və ya şəxslər 200-dən çox meyvə ağacını kəsib. ONA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. Kənd sakini Etibar Mehbalıyevə məxsus bağda 200-dən çox meyvə ağacı naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək məhv edilib. Hadisə aprelin 11-dən 12-nə keçən gecə baş verib. Axşam bağda işləyib evə gedən təsərrüfatçı səhər gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub. Bağ sahibi kəsilən 211 ədəd şaftalı ağacının əksəriyyətinin 3-4 illik olduğunu bildirib. Faktla bağlı Quba Rayon Polis Şöbəsinə müraciət olunub.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər