“Nankorlar, Ərdoğan sayəsində milyonçu olmusuz”

“Nankorlar, Ərdoğan sayəsində milyonçu olmusuz”

Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyasından (AKP) Sakarya üzrə millət vəkili, keçmiş milli motosikletçi Kənan Sofuoğlu Əkrəm İmamoğlunu dəstəkləyən məşhur şəxsləri tənqid edib.

O, instaqram hesabında “Əkrəm İmamoğluna dəstək olan məşhurların siyahısı” başlığı altında şəkil paylaşaraq “Nankorlar, ayıb olsun sizə!” qeydini yazıb.




O, daha sonra sözlərinə belə davam edib: “Siz təxminən 20 ildir bu ölkəni idarə edən Rəcəb Tayyib Ərdoğan sayəsində milyonçu olmusunuz. Lüks həyatınız, milyonlarla izləyiciniz var. İstanbula göstərilən xidmətləri bizdən çox, siz istifadə edirsiniz.


Əkrəm İmamoğluna sözüm yoxdur. Lakin siz “fürsəti yaxaladıq, gəlin AKP-ni və Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən endirmək üçün birlik olaq” fikrinə düşmüsünüz. Siz milyonlarla sevəni olan, yediyi qabı kirlədən məşhur nankorlarsınız. Mən liderinə sadiq bir vətəndaşam. Siyasətçi filan deyiləm”.


Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyası (YSK) 31 mart İstanbul bələdiyyə seçkilərinin nəticələrini ləğv etdikdən sonra sosial şəbəkələrdə Əkrəm İmamoğluna dəstək üçün “Hər şey gözəl olacaq” həştaqı altında paylaşımlar edilir.


Qərara əsasən, növbəti seçkilər iyunun 23-də keçiriləcək.(Qafqazinfo)

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər