“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı - (R)


“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqladı. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib. Belə ki, “Nar”-ın sərfəli internet paketləri sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 60% artım qeydə alınıb. İnternet istifadəçilərinin sayının artmasına mobil operatorun təklif etdiyi tariflər və paketlər, ölkə ərazisində quraşdırılan baza stansiyalarının sayının artması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib.

Bu ilin birinci rübü ərzində mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində də artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan sorğuların nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisdə “Nar” abunəçilərinin sayı 12% artaraq, 2,2 milyondan çox olub. Cari ilin ilk üç ayı ərzində mobil operator paytaxtla yanaşı, bölgələrdə də şəbəkəsini gücləndirməkdə davam edib. Son 3 ay ərzində ölkə ərazisində 25-dən artıq yeni 3G və 4G baza stansiyası quraşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mini keçib.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


İKT xəbərləri
Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

26-04-2019 15:23 - Ordu.az - İKT

EL/M-2084 RLS ailəsi, artilleriya silahlarının yerləşdirilməsi koordinatlarının aşkar edilməsini, hava hücumundan müdafiənin əməliyyat vəzifələrinin həllini təmin etməklə kiçik, orta və uzaq mənzilli radiusda döyüş vəzifələri üçün ən optimal variant hesab edilir.


EL/M-2084 çoxməqsədli RLS-i yüksək fəaliyyət etibarlılığına, üzun müddət istifadə resursuna və əməliyyat rahatlığına malikdir.

Ümumi məlumat

Çoxməqsədli EL/M-2084 RLS tərəfindən vəzifələr 2 rejimdə yerinə yetirilir.

Düşmən artilleriyasının koordinatlarının aşkar edilməsində:

- Düşmənin minaatan, top, idarəolunan mərmi və raketlərinin yerləşdirilməsi koordinatlarını aşkar edir;
- Düşmənin silahlarının yerləşdirilməsi sxemini tərtib edir;
- Düşmənə endiriləcək zərbə nöqtələrinin hesabatını hazırlayır;
- Öz qoşunlarının atəş məsafəsini və digər məlumatları müəyyənləşdirir.

Hava hücumundan müdafiədə:

- Bütün növ hava hədəflərinin aşkarlanmasını və təsnifatını;
- Manevr edən hədəfləri təqib etmək üçün yüksək yenilənmə sürətini;
- Real vaxtda hava şəraitinin yaradılmasını təmin edir.


EL/M-2084 RLS-ın fəaliyyət prinsipi

EL/M-20843D RLS-in modul və miqyaslanan radar konfiqurasiyasıın iş prinsipi aktiv idarəedilən anten (AFAR) tərəfindən təmin edilir.

RLS iki əməliyyat rejimində fəaliyyət göstərir:

- Artilleriya atəş vasitələrini aşkar edən RLS rejimi: sektor 120 dərəcəyə qədər;
- HHM rejimi: yeniləmə sürətini sürətləndirmək üçün dəqiqədə 30 dəfəyə qədər fırlanma.

Bundan əlavə RLS:

- Konfiqurasiya ilə bir neçə dəfə miqyaslana bilir;
- Yüksək hərəkətliliyə və sürətli yerləşdirməyə malikdir;
- "Lockheed C-130" hərbi təyyarəsi ilə rahat daşınır;
- Məsafədən idarəedilir;
- Birləşdirilən şəbəkədə çalışmaq və geniş radioelektron mübarizə imkanlarına malikdir.

Ətraflı siqnal emalında:

- Ağır maneələr şəraitində çalışır;
- SIx elektromaqnit mühitdə işləyə bilir;
- Hədəfləri aşkar edərək təsnifatlandırır;
- Aşağı uçan hədəflərə qarşı təkmilləşdirilıb;
- Yüksək dözümlülük və rahat funksionallığa malikdir.

Əsas texniki xüsusiyyətləri 

EL/M-2084 RLS-i HHM rejimində:

- Hədəfləri 47.4 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni və ya 360 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni və ya 30480 metri əhatə edir;
- Dəqiqlik 3D formatında təmin edilir;
- Eyni zamanda 1200 hədəfi izləyə bilir.
Artilleriya batareyalarını aşkaretmə rejimində:
- Hədəfləri 100 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni əhatə edir;
- CEP (Circular Error of Probability) formatında 0.25% dəqiqlik təmin edilir;
- Dəqiqədə 200 hədəf aşkarlana bilir.


Faktiki rəqəmlər RLS-in modelinə, konfiqurasiyasına və ölçüsünə görə dəyişə bilər.

Əvvəllər İsrailin silah bazarında rəqib olmağa çalışan şirkətlər tərəfindən iddia edilirdi ki, "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS-ləri NATO-nun HHM/RƏM sisteminə inteqrasiya edilməsi mümkün deyil, çünki onlar qeyri-NATO ölkəsində istehsal edilib.
Teleqraf.com digər xəbərlər