Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

 Nar 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

“Nar” 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib.

Xeberler.az bildirir ki, “Nar”ın sərfəli internet paketləri sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 60 faiz artım qeydə alınıb. İnternet istifadəçilərinin sayının artmasına mobil operatorun təklif etdiyi tariflər və paketlər, ölkə ərazisində quraşdırılan baza stansiyalarının sayının artması, eləcə də “4G” smartfon penertasiyasının artımı təsir edib.

Bu ilin birinci rübü ərzində mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində də artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan sorğuların nəticələrinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar” abunəçilərinin sayı 12 faiz artaraq 2,2 milyondan çox olub. Cari ilin ilk üç ayı ərzində mobil operator paytaxtla yanaşı, bölgələrdə də şəbəkəsini gücləndirməkdə davam edib. Son 3 ay ərzində ölkə ərazisində 25-dən çox yeni “3G” və “4G” baza stansiyası quraşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” “4G” internetindən istifadə edənlərin sayı 110 faiz artaraq 600 mini keçib.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı “nar.az” saytından əldə etmək mümkündür.

Açar sözlər
Nar
İKT xəbərləri
Xeberler.az digər xəbərlər
 Azərbaycanda Falcons Summit sammiti keçirilir

Azərbaycanda Falcons Summit sammiti keçirilir

26-04-2019 15:50 - Xeberler.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində “Falcons Summit” adlı qlobal tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, “Falcons Summit”in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.
Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.
Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BP şirkətinin rəhbər şəxsləri çıxış edib.
Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən “İnnovaNation” adlı videoçarx nümayiş olunub.
Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb.
Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.
Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.
26 aprel tarixinədək davam edəcək “Falcons Summit” çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında “B2B” formatında görüşlərin təşkili də nəzərdə tutulur.