Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

"Nar özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial aksiyalar həyata keçirməkdə davam edir.


Unikal.org xəbər verir ki, mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. "Nar-ın növbəti layihəsi eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstəkdir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların öz yaxınları və cəmiyyət ilə daha rahat ünsiyyət qurmalarını asanlaşdıran xüsusi tədris vəsaiti hazırlayır. "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait yaxın vaxtlarda təqdim ediləcək.


Qeyd edək ki, "Nar paytaxt Bakı ilə yanaşı, bölgələrdə yaşayan fiziki məhdudiyyətli gəncləri daim diqqətdə saxlayır. Mobil operator ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərmək məqsədilə, müxtəlif bölgələrdə "Təlim məktəbi layihəsini reallaşdırıb. Nəticədə, fiziki məhdudiyyəti olan gənclər müxtəlif peşələrə yiyələnib.


"Azerfonun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, mobil operator bu cür sosial layihələri genişləndirməyi nəzərdə tutur: "Nar telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə effektli addımları ilə seçilir. Xüsusilə də, fiziki məhdudiyyəti olan şəxslərlə bağlı uzunmüddətli və ardıcıl layihələr gerçəkləşdirir. "Nar-ın növbəti sosial layihəsinin də uğurlu və səmərəli olacağına inanırıq.


Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliği "Nar-ın KSM strategiyasının ən vacib istiqamətləridir. Mobil operator gənclərin oxumağa həvəsini artırmaq, təhsilin önəmini aşılamaq, eyni zamandan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. 2018-ci il ərzində mobil operator KSM strategiyası çərçivəsində 12 irimiqyaslı sosial layihələr həyata keçirib.


"Nar KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



İKT xəbərləri
Dünyanın ən sürətli yolsuzluq avtomobili “Lamborghini Urus” - FOTO

Dünyanın ən sürətli yolsuzluq avtomobili “Lamborghini Urus” - FOTO

26-10-2018 11:00 - Oxu.az - İKT
Dünyanın ən sürətli yolsuzluq avtomobili “Lamborghini Urus” - FOTO• Dizayn, istismar keyfiyyətləri, hərəkət dinamikası və həyəcanverici hərəkəti ilə “Lamborghini” genlərinin layiqli daşıyıcısıdır• Fərqli mühitlərdə gündəlik səfərlər üçün münasibdir• Ən yüksək istismar keyfiyyətlərinə nail olmaq üçün 650 a.g.-nə və 850 Nm fırlanma anına malik 4,0 litr həcmli V8 ikili turbo mühərrik• 3,6 saniyədə 100 km/saat sürət yığma və ən yüksək sürət - 305 km/saat• Fırlanma anının aktiv paylanması imkanına malik tam ötürücü sistem (4WD) və komfortlu idarəetmə üçün dördoxlu sükan çarxı• Karbon-keramik əyləclər, uyğunlaşan pnevmatik asqı və mükəmməl təhlükəsizlik və rahatlıq üçün əyilmə zamanı aktiv stabilləşmə• Altıya qədər fərqli idarəetmə rejimi + Tamburo idarəetmə rejimi seçimi vasitəsilə aktivləşdirilməsi mümkün olan EGO rejimi“Automobili Lamborghini” şirkəti ən sürətli yolsuzluq avtomobili olan üçüncü “Lamborghini Urus”modelini istismara buraxır və lüks avtomobil seqmentində etalon gücü, istismar keyfiyyətləri və hərəkət dinamikası, misilsiz dizaynı, dəbdəbəsi və gündəlik istifadəyə yararlılığı ilə seçilən yeni niş (seqment) yaradır.“Lamborghini Urus”modeli “Lamborghini”genlərini dünyanın ən universal avtomobilləri olan yolsuzluq avtomobilləri (SUV) ilə birləşdirmiş uzaqgörən yanaşmanın məhsuludur.
Unikal.org digər xəbərlər