Narazılıq olan bələdiyyə sədrlərinin fəaliyyəti nəzarətə götürülüb

Narazılıq olan bələdiyyə sədrlərinin fəaliyyəti nəzarətə götürülüb

Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyi tərəfindən İmişli və Lənkəran rayonlarında vətəndaşların qəbulu keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, qəbullar zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək müraciətlərində qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün nəzarətə götürülüb. Həmçinin fəaliyyətindən daha çox narazılıq olan bələdiyyələrin sədrləri ilə İmişli və Lənkəran regional ədliyyə idarələrində müşavirələr keçirilib, vətəndaşların haqlı narazılığını doğuran səbəblər ətrafında müzakirələr aparılıb, müraciətlərə qayğı və həssaslıqla yanaşılaraq onlara qanunvericiliyin tələblərinə uyğun baxılmasının vacibliyi vurğulanıb. Bələdiyyələrin fəaliyyətində qanunçuluq və şəffaflığın təmin olunması ilə bağlı tövsiyələr verilib. Regional ədliyyə idarələrinin əməkdaşları ilə keçirilmiş müşavirələrdə isə yerli özünüidarə sahəsində mövcud problemlərə toxunularaq bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, onların hüquqi maarifləndirilməsi işinin və metodik köməkliyin gücləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər