Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı həbs olundu VİDEO

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı həbs olundu VİDEO

Azərbaycanda narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs edilib. SİA-ya bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Tərtər Rayon Məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Hadisə xəbərləri
Sia.az digər xəbərlər
Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

26-04-2019 21:56 - Sia.az - Siyasət
Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər.