Narkomaniyanı təbliğ edən musiqili meyxanalar oxuyan şəxs yaxalanıb

Bakı, 26 aprel, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanı təbliğ edən musiqili meyxanalar oxuyan Sarov kənd sakini 25 yaşlı İlkin Hüseynlini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Açar sözlər
Ilkin Hüseynli
, Daxili Işlər Nazirliyi
, Tərtər Rayon Polis Şöbəsi
, Bakı