Narkomaniyanı təbliğ edən musiqili meyxanalar oxuyan şəxs yaxalanıb

Narkomaniyanı təbliğ edən musiqili meyxanalar oxuyan şəxs yaxalanıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanı təbliğ edən musiqili meyxanalar oxuyan Sarov kənd sakini 25 yaşlı İlkin Hüseynlini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Hadisə xəbərləri
Xezerxeber.az digər xəbərlər