Narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs olunub

Narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs olunub

Azərbaycanda narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs edilib.


Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.


Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Tərtər Rayon Məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Açar sözlər
Ilkin Hüseynli , Daxili Işlər Nazirliyi , Tərtər Rayon Məhkəməsi , Tərtər Rayon Polis Şöbəsi , Azərbaycan
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər