Narkotacirlərə kömək edən tutuquşu həbs olundu

Narkotacirlərə kömək edən tutuquşu həbs olundu

Braziliyada narkotacirləri polisin yaxınlaşması barədə xəbərdar edən tutuquşu həbs olunub.

Bu barədə "O Globo” telekanalı məlumat yayıb.

Məlumata əsasən, tutuquşu polis reydləri zamanı portuqal dilində"Mama,polis!” (Vay, polis!) deyə qışqırıb. Hüquq-mühafizə orqanı əməkdaşları sahibinin ona canlı xəbərdarlıq sistemi kimi təlim keçdiyini güman edir.

Telekanalın məlumatına görə,keçirilən əməliyyat zamanı tutuquşunun xəbərdarlıq etməsinə rəğmən, polis bir neçə narkotaciri həbs edib.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər