Narkotacirlərə kömək edən tutuquşu həbs olundu - VİDEO

Narkotacirlərə kömək edən tutuquşu həbs olundu - VİDEO

Braziliyada narkotacirləri polisin yaxınlaşması barədə xəbərdar edən tutuquşu həbs olunub.


Bu barədə "O Globo” telekanalı məlumat yayıb.


Məlumata əsasən, tutuquşu polis reydləri zamanı portuqal dilində "Mama, polis!” (Vay, polis!) deyə qışqırıb. Hüquq-mühafizə orqanı əməkdaşları sahibinin ona canlı xəbərdarlıq sistemi kimi təlim keçdiyini güman edir.


Telekanalın məlumatına görə,keçirilən əməliyyat zamanı tutuquşunun xəbərdarlıq etməsinə rəğmən, polis bir neçə narkotaciri həbs edib.


oxu.az

Hadisə xəbərləri
Anews.az digər xəbərlər