Narkotacirlərə kömək edən tutuquşu həbs olundu - Video

Narkotacirlərə kömək edən tutuquşu həbs olundu - Video

Braziliyada narkotacirləri polisin yaxınlaşması barədə xəbərdar edən tutuquşu həbs olunub

Bu barədə “O Globo” telekanalı məlumat yayıb.

Məlumata əsasən, tutuquşu polis reydləri zamanı portuqal dilində “Mama, polis!” (Vay, polis!) deyə qışqırıb. Hüquq-mühafizə orqanı əməkdaşları sahibinin ona canlı xəbərdarlıq sistemi kimi təlim keçdiyini güman edir.

Telekanalın məlumatına görə,keçirilən əməliyyat zamanı tutuquşunun xəbərdarlıq etməsinə rəğmən, polis bir neçə narkotaciri həbs edib.(oxu.az)

loading...

Hadisə xəbərləri
Pia.az digər xəbərlər