Narkotik vasitələr aşkar edilib (+FOTOLAR)

Narkotik vasitələr aşkar edilib  (+FOTOLAR)

https://www.facebook.com/groups/984665661568872/

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə
ərazisinə gətirilməsinin qarşısı alınıb.
Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük
İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan
Respublikası vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İran İslam
Respublikasından Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat
köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb.
Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ
və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb. S.B.Qəhrəmanov
sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon
Mərkəzi Xəstəxanasına aparılıb. Müayinədən sonra həmin şəxs Astara gömrük postuna
gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük
yoxlaması tədbiq edilib. Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində,
əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16
qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına
geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12
qram tiryək aşkar edilib.
Astaragömrükpostunda digər bir fakt üzrə isə İran İslam Respublikası vətəndaşından 168
qram psixotrop maddə-metamfetaminaşkarlanıb.
Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyatidarəsinə daxil
olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı
mayın 8-də piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən
Astaragömrükpostunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb. Yoxlama
zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmasa da daxili
orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.
Astara Rayon Mərkəzi Xəstəxanasındaxanım vətəndaşıntibbi müayinəsi zamanıonun daxili
bədən boşluqlarından4 ədəd bağlama aşkar edilib. Ümumilikdə 4 bağlamada qablaşdırmaları
ilə birlikdə çəkisi 168 qram olan psixotrop maddə-metamfetaminolduğu müəyyən edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində
dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Hər iki faktla bağlı araşdırma aparılır.

!© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Hadisə xəbərləri
Azpress.az digər xəbərlər