Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - Marixuana aşkarlandı

Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - Marixuana aşkarlandı

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər