Natəvan Hacıyeva ilə vida mərasimi başlayıb-Yenilənib

Natəvan Hacıyeva ilə vida mərasimi başlayıb-Yenilənib

Mərhumla vida mərasimi evində keçirilir

"Mən Natəvan xanımla 1967-ci ildən birlikdə çalışmışam".

Bunu məşhur diktor Şərqiyyə Hüseynova deyib.

O bildirib ki, N.Hacıyeva özünə qarşı çox həssas bir insan idi: "Amma nə etmək olar, bu xəstələyin qarşısının alınması mümkün deyil. Natəvan xanımın xatirəsi bizim qəlbimizdə yaşayacaq. Deyirlər ki, 70 yaşına kimi Allah sənə bu ömrü verir, amma 70-dən sonra nə yaşadın, qənimətdir. Mən ona Allahdan rəhmət, yaxınlarina başsağlığı diləyirəm”.

* * *

Saat 13:00

Dünən vəfat edən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva ilə vida mərasimi başlayıb.

Mərasimdə N.Hacıyevanın sənət yoldaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra N.Hacıyeva Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq. Sabah saat 13:00-da Təzə Pir məscidində 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub.

Allah rəhmət eləsin! (ONA)

pia.az

Fotolar