“National Geographic” jurnalına görə Mədəniyyət Nazirliyi məhkəməyə verilib

“National Geographic” jurnalına görə Mədəniyyət Nazirliyi məhkəməyə verilib

“Azerbaijan Guide Travel” MMC Azərbaycan Maliyyə Nazirliyini və Mədəniyyət Nazirliyini məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC göstərilmiş xidmətlərin əvəzi olaraq 16 min 760 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat pulun tutulması barədə tələb irəli sürüb.

Turizm şirkəti iddia tələbini onunla əsaslandırıb ki, Mədəniyyət Nazirliyi (sifarişçi) ilə “Azerbaijan Guide Travel” MMC (icraçı) arasında 26 aprel 2018-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanıb. Müqavilənin 2.1-ci bədni üzrə sifarişçi “National Geographic” jurnalının nümayəndələrinin Azərbaycana qəbulu ilə bağlı xidmətlərin satınalınması üçün icraçının 17 min 32 manat məbləğində tender təklifini qəbul edib.

Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icraçı müqavilədə nəzrdə tutulan şərtlər əsasında sifarişçiyə satın alınan 2018-ci ilin 04-09 may tarixlərində Rusiyanın “National Geographic” jurnalının nümayəndələrinin Azərbaycana qəbulu ilə bağlı xidmətlərin təşkilini öhdəsinə götürüb. Müqavilə üzrə icraçı MMC tərəfindən xidmət müqavilədə göstərilən məbləğdən daha ucuz, yəni 16 min 760 manat məbləğində götürülüb, bununla bağlı çəkilən xərclər barədə elektron hesab faktura göndərilib. Çəkilən xərclər həm Mədəniyyət Nazirliyi, həm də “Azerbaijan Guide Travel” MMC tərəfindən 10.07.2018-ci il tarixdə təsdiqlənib.

Mədəniyyət Nazirliyinə elektron hesab faktura göndərilməsinə baxmayaraq, hələlik pul ödənilməyib. Ödənişin edilməsi üşün Mədəniyyət Nazirliyi tərəfindən bildirilib ki, elektron hesab faktura Maliyyə Nazirliyinə göndərilib, lakin pulun MMC-nin bank hesabına köçürülməsi qeyri-müəyyən səbəblərə görə Xəzinədarlıq İdarəsi tərəfindən icra edilmir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə MMC-nin iddiası təmin edilib. Qərara əsasən, Mədəniyyət Nazirliyindən “Azerbaijan Guide Travel” MMC-nin xeyrinə ümumilikdə 16 960 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub.

İqtisadiyyat xəbərləri
Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır  - MİSAL İLƏ İZAH

Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır - MİSAL İLƏ İZAH

26-04-2019 14:35 - Kommersant.az - İqtisadiyyat
Məcəllənin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, quş ətinin satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı ƏDV-dən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.
Azpolitika.info digər xəbərlər