NATO gəmiləri Baltik dənizinə daxil oldu – Rusiya dərhal hərəkətə keçdi/Gərginlik


NATO gəmiləri qrupu Danimarkaya məxsus “Tetis” freqatının (keşikçi vəzifəsi yerinə yetirən hərb gəmisi) başçılığı ilə Baltik dənizinə daxil olub.

Teleqraf.com-un məlumatına görə, “RİA-Novosti” bu barədə “Intel Ska & Air” monitorinq resursuna istinadən məlumat yayıb.

Danimarka freqatı Niderland, Belçika, Norveç və Almaniya hərbi dəniz qüvvələrinə məxsus minatutan gəmilərini müşayiət edir.

“MarineTraffic” xidmətinin məlumatına görə, gəmilər qrupu bu gecə Eresunn boğazından keçib. Hazırda gəmilər Danimarka Bornholm adasında yaxınlığındadır.

Qeyd edək ki, aprelin 18-də Baltik dənizinə ABŞ-a məxsus “Qreyvli” esminesinin başçılıq etdiyi NATO gəmiləri qrupu daxil olmuşdu. Gəmilər qrupuna Polşaya məxsus “Pulaski”, Türkiyəyə məxsus “Gekova” və İspaniyaya aid “Xuan de Borbon” freqatları daxil idi.

NATO gəmilərinin fəaliyyətini “Bal” və “Bastion” sahil raket komplekslərində mövqe tutmuş rusiyalı hərbçilər, həmçinin şimal qonşumuza məxsus dəniz aviasiyası təyyarələri müşayiət edir. Daha öncə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nu gərginliyin azaldılması üçün onun sərhədləri yaxınlığında hərbi aktivliyi dayandırmağa çağırmışdı.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər