"Naxçıvan Bank"ın mənfəəti azalıb

"Naxçıvan Bank"ın mənfəəti azalıb

"Naxçıvan Bank" cari ilin ilk rübü üzrə maliyyə hesabatını açıqlayıb.

ONA bankın hesabatına istinadən xəbər verir ki, "Naxçıvan Bank"ın xalis mənfəəti ötən ilin sonu ilə müqayisədə bu il 79,4% azalaraq 1,117 mln. manat təşkil edib.

Hesabat dövründə bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 2,3% azalaraq 196,541 mln. manat olub. Öhdəlikləri isə 4,8% azalaraq 112,606 mln. manat təşkil edib. Bankın kredit portfeli 4,4% artaraq 677,3 mln. olub.

Ötən ilin yanvar-mart ayı ilə müqayisədə bu ilin 1-ci rübündə bankın cəmi kapitalı1% artaraq 79,345 mln. manat, məcmu kapitalı isə 1,5% artaraq 78,889 mln. manat olub.

Cari ilin 1-ci rübündə bankın faiz gəlirləri 78,3% azalaraq 1,511 mln. manat, faiz xərcləri 72% azalaraq 1,204 mln. manat, qeyri-faiz gəlirləri 82,4% azalaraq 7 mln. manat, qeyri-faiz xərcləri isə 74% azalaraq 9,381 mln. manat olub.

Açar sözlər
Naxçıvan Bank
İqtisadiyyat xəbərləri
Ona.az digər xəbərlər
Azərbaycanda torpaq kadastrının məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

Azərbaycanda torpaq kadastrının məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

26-04-2019 15:26 - Ona.az - Hadisə

 Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

ONA-nın məlumatına görə, qanuna dəyişiklik “Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsiləreal rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.

Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.