Naxçıvan özünü dünya arenasında şahmat məkanı kimi tanıdıb

Naxçıvan özünü dünya arenasında şahmat məkanı kimi tanıdıb

Naxçıvan, 2 may, AZƏRTAC

Mayın 1-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı start götürüb.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun, həmçinin festivalda iştirak edən zəka sahiblərinin bu mötəbər yarışla bağlı fikirlərini öyrəniblər.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib: “Builki şahmat festivalı digərlərindən çox fərqlənir. Əvvəlcə onu deyim ki, başqa ölkələrdən gələn iştirakçılar Naxçıvanın necə qonaqpərvər bir diyar olduğunu görürlər. Nəticədə, digər şahmatçıların da bu festivala marağı ilbəil artır. Yüksək reytinqli şahmatçıların Naxçıvana gəlməsi, yarışda iştirak etməsi turnirin səviyyəsini ildən-ilə artırır. Etiraf edək ki, festival ilk dəfə təşkil olunarkən xeyli çətinliklər yaranmışdı, şahmatçıları bura dəvət etmək heç də asan olmamışdı. Çünki Naxçıvanı tanımırdılar və turnirin necə keçəcəyini bilmirdilər. İndi isə bütün şahmatçıların özləri bizə şahmat festivalında mübarizə aparmaq üçün müraciət edirlər. Biz bu festival barədə məlumat yaydıqdan dərhal sonra müraciətlər başlayır. Artıq deyə bilərəm ki, Naxçıvan özünü dünya arenasında şahmat məkanı kimi tanıdıb və FIDE-də ən reytinqli festivallardan biridir. Hazırda keçirilən festivalı digərlərindən fərqləndirən başqa cəhət əhatə dairəsinin genişlənməsidir. Belə ki, ilk dəfədir, bu festivalda Amerika Birləşmiş Ştatlarından şahmatçı da iştirak edir. Bildiyiniz kimi, ABŞ çempionatı çox güclüdür və orada ilk 10 pilləni tutan şahmatçılar beynəlxalq turnirlərdə, yarışlarda çıxış edirlər. Həmin şahmatçı da onlardan biridir”.

Qrossmeyster Urfan Sevdimalıyev qeyd edib ki, artıq 9-cu dəfədir, Beynəlxalq Şahmat Festivalında iştirak edir və bunların dördündə mükafatçılar sırasına düşüb: “Belə bir festivalın muxtar respublikada təşkil olunması möhtəşəm hadisədir. Biz şahmatçılar reytinqli turnirlərdə mübarizə apardıqca oyun təcrübəmiz artır. Belə bir mötəbər turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Beynəlxalq usta Toğrul Həsənzadə fikirlərini bölüşərək deyib: “Bu festivalın başlamasını hər bir şahmatçı kimi, mən də səbirsizliklə gözləyirdim. Çünki Naxçıvanda təşkil olunan turnir şahmatçılarımızda bayram əhval-ruhiyyəsi yaradır. Burada iştirak etməklə təcrübəmizi artırırıq. Həm də digər ölkələrin şahmatçıları ilə dostluq münasibətləri qururuq. Belə bir festivalın keçirilməsi Naxçıvanda şahmata və şahmatçılara göstərilən diqqət və qayğının bariz nümunəsidir”.

FIDE ustası Pərviz Qasımov deyib ki, bu mötəbər festivalda kiçik yaşlarından iştirak edir: “Uzun illərdir ənənə halını alan bu turnir bir daha göstərir ki, Naxçıvanda şahmatın inkişafı üçün hər bir imkan yaradılıb. Builki festivalda uğur qazanıb muxtar respublikanın şahmat ənənələrini layiqincə davam etdirəcəyimə inanıram”.

“FIDE-nin reytinqində ən yaxşı festivallardan hesab olunan turnirdə iştirak etmək qürurvericidir. Festivalda “A” qrupunda mübarizə aparıram və burada dünyanın bir çox tanınmış şahmatçıları ilə qarşılaşacağam”, - deyən FIDE ustası Sadiq Məmmədov vurğulayıb ki, mükafatçılar sırasına düşmək üçün bütün qüvvəsini sərf edəcək. O, belə mötəbər festivalın keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

İdman xəbərləri
DİN Bakıda araqarışdıranlarının basqınına hazırlaşır

DİN Bakıda araqarışdıranlarının basqınına hazırlaşır

02-05-2019 11:00 - 7news.az - İdman
Bundan sonra Fransanın bəzi şəhərlərinin səlahiyyətliləri, oyunlar zamanı "quru qanun” tətbiq ediblər.
Ancaq, İngiltərə Futbol Assosiasiyasının və London Polis İdarəsinin birgə press-relizində britaniyalı azarkeşlərin alkoqolun təsiri altında stadionlarda və kənarda ictimai qaydanı pozduqlarını bəyan etmələrinə baxmayaraq, Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov bildirib ki, belə radikal tədbirlərdən istifadə olunmayacaq və yerli pivə zavodları tam gücü ilə fəaliyyət göstərəcəklər.

Bununla bərabər, Azərbaycan Daxili İşlər Nazirliyi oyundan əvvəl və sonrakı günlərdə şəhərdə ictimai asayişin təmin edilməsi və həm azarkeşlərin, həm də Bakının bütün qonaqlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi rejimə keçəcək.
"Heç bir narahatlıq yoxdur. Bütün vətəndaşlar, o cümlədən xarici dövlətlərin vətəndaşları Azərbaycan qanunlarına hörmət etməlidirlər və bizim polisimiz həmişə qanunçuluğun keşiyindədir", - deyə Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov qarşıdakı "İngilis işğalı" ilə bağlı daha az optimistdir.
Dünyanın müxtəlif ölkələrindən gələn qonaqların xarakterlərinə yaxşı bələd olan turizm üzrə mütəxəssis hesab edir ki, istənilən hadisələrin qarşısının düzgün, amma qətiyyətlə alınmasına hazırlaşmaq lazımdır.
N. Bağırov virtualaz.org-a bildirib ki, "İngilis tərəfdarları, əlbəttə ki, muzeylərə getməyəcək və Bakının görməli yerləri ilə tanış olmayacaqlar, ancaq restoranlar, pablar, gecə klubları dolu olacaq ki, bundan da hər şey gözləmək olar.
Azertag.az digər xəbərlər