Naxçıvanda 760 veteran ailəsinə birdəfəlik maddi yardım ödəniləcək

Naxçıvanda 760 veteran ailəsinə birdəfəlik maddi yardım ödəniləcək

Dövlətimizin başçısının “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı Sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardımların həmin şəxslərə vaxtında çatdırılması üçün müvafiq işlər həyata keçirilir.

Sərəncama əsasən, muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulub.

21 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, 739 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 500 manat məbləğində birdəfəlik müavinət ödəniləcək. (AzərTac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan Veteran

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

26-04-2019 15:25 - Ordu.az - Siyasət
500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı. 

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək.