Naxçıvanda gənclərin əsgər və zabitlərlə görüşü olub

Naxçıvanda gənclərin əsgər və zabitlərlə görüşü olub
Ordu.az "Nuhçıxan"a istinadən xəbər verir ki, görüş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında olub.

Görüş zamanı gəncləri salamlayan hərbi hissə komandiri, polkovnik leytenant Azadil Hüseynov hərbi hissənin yaradılma tarixi, hərbiçilərə göstərilən dövlət qayğısı və qulluq göstərən əsgərlərin keçdikləri təlimlər barədə məlumat verib.

Sonra gənclər texniki avadanlıqlar və maşınların saxlanıldığı texniki parkla, idman şəhərciyi,təlim-tədris mərkəzində maneələrin dəf olunması zolağı, xüsusi xilasetmə məntəqəsinin alpinist şəhərciyi və əsgər yataqxanası ilə tanış olublar.

Gənclərə dalğıcların fəaliyyəti, qayıqlar, fövqəladə hallar zamanı istifadə olunan texnikalar və avadanlıqlar, həmçinin yanğın zamanı xilasetmə bölmələri, ilk tibbi yardımın göstərilməsi barədə məlumat verilib. Kinoloji bölmədə xüsusi təlim görmüş itlər vasitəsi ilə zərərgörmüşün tapılması və xilas edilməsi, kimyəvi zəhərlənmə zonasında isə kimyəvi maddələrdən təmizlənmə və dezinfeksiya qaydaları ilə yaxından tanış olublar.

Sonda gənclər və əsgərlər üçün çay süfrəsi təşkil olunub. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı konsert proqramı ilə çıxış edib.

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər