Naxçıvanda Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Naxçıvanda Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, nazirlik, komitə və baş idarələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzüblər.

Ulu öndər Heydər Əliyevin ömür yolu doğma Vətəninin inkişafına və xalqının rifahına həsr olunub. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin irsi Azərbaycan xalqının milli sərvətidir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var”, - deyən dahi rəhbərin həyatının mənası da məhz Azərbaycan idi.

Ümummilli Liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirib. Onun ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olub. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə alıb, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunub, emal və hasilat şəbəkəsi genişlənib. Azərbaycanın böyük şəhərlərində zavodlar, fabriklər, kombinatlar tikilib, müxtəlif təyinatlı müəssisələr yaradılıb, əhalinin işlə təminatı yaxşılaşdırılıb.
Ulu Öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmayıb, bununla yanaşı elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılıb, milli oyanışın əsası qoyulub. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaradıb.
1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin əsaslarını hazırlayan, üçrəngli bayrağımızı qaldıran, bu qədim diyarda milli birliyimizin və həmrəyliyimizin əsasını qoyan, ilk milli ordumuzu yaradan Ümummilli Liderin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizə parlaq səhifələr yazıb.

Aydın məsələdir ki, sabitlik olmadan heç bir ölkədə siyasi və iqtisadi islahatları aparmaq mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunub, irimiqyaslı iqtisadi layihələrin icrasına başlanılıb. Həmin illərdə Ümummilli Liderimizin işləyib hazırladığı quruculuq xətti qısa zamanda ölkəmizdə ictimai-siyasi sabitliyin təminatına çevrilib, Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan, xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.

Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirib, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilib. Naxçıvan Muxtar Respublikası da inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi bərqərar edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”.

Ulu öndər Heydər Əliyevin həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. Bu gün Heydər Əliyev siyasi xəttinin bəhrəsi dünyanın inkişaf etmiş ölkələri içərisində layiqli yerini tutmuş qüdrətli Azərbaycandır. Azərbaycan var olduqca, Heydər Əliyev də yaşayacaq, Onun ideyaları xalqımızı daha böyük inkişafa qovuşduracaqdır. Ulu Öndərin də dediyi kimi, “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbirlər keçirilib.

loading...

Siyasət xəbərləri
İncəsənət xadimlərinə Prezident mükafatları veriləcək - Sərəncam

İncəsənət xadimlərinə Prezident mükafatları veriləcək - Sərəncam

10-05-2019 19:08 - Pia.az - Siyasət
Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin:Abbasov Tariyel Abbasqulu oğluAbdullayev Mətləb Fətəli oğluAbdullayeva Xurşid Lütfəli qızıAbdurahmanov Yusif Fikrət oğluAdıgözəlov Yalçın Vasif oğluAxundov Bəxtiyar Ağayar oğluAllahverdiyev Vasif Kərim oğluAllahverdiyeva Naibə Siyavuş qızıBabayev Zeynalabdin Abdulla oğluBabayeva Stella Rza qızıBağırov Tamerlan Kamal oğluBaliyeva Natalya GennadyevnaBayramov Təyyar Allahverdi oğluBəxtiyarov Rəşad Bəhram oğluBulax Svetlana MixaylovnaButenko İqor LeonidoviçCəfərov Mircavad Mirqəfər oğluCəfərov Novruz Adil oğluCəfərov Samir Qədir oğluEldarova Nəsibə Novruz qızıEyyubov Musa Eyyub oğluƏbdülsəmədova Zemfira Feyzulla qızıƏhmədli Bəhruz Vaqif oğluƏhmədov İlkin Qənbər oğluƏləkbərzadə Mehriban Zaur qızıƏliyev Ələkbər Həsən oğluƏliyev Sərvər Bəhlul oğluƏliyev Vahid Əsgər oğluƏliyev Vaqif Səfər oğluƏliyeva Böyükxanım Həsənbala qızıƏliyeva Dilarə Asif qızıƏliyeva Gülüstan Həsən qızıƏliyeva Nərgiz Arzu qızıƏliyeva Şəfəq Rəsul qızıƏmirbəyova Rita Cəmil qızıƏmirov Cəmil Fikrət oğluƏsədova Məleykə Əlifağa qızıƏsədova Səbinə ÇingizovnaƏsədullayev Toğrul Mirnazim oğluƏsgərov Əli Rəhim oğluƏsgərov Əsgər Əkbər oğluƏsgərov Qoçaq Məhərrəm oğluƏzizov Əzizağa Ağayar oğluFerşdant Makar SergeyeviçGöyçayev Teymur Ənvər oğluGözəlova İradə Vaqif qızıHacıyeva Fidan Hacıağa qızıHacıyeva Sevil İnşalla qızıHeybətov Anar Mithət oğluHeydərova Çinarə Yaşar qızıHəmidov Əjdər Qüdrət oğluHəsənquliyev Kazım Feyruz oğluHəsənova İradə Aslan qızıHəşimova Növrəstə Xanəli qızıHüseynov Tofiq Əbdülrəhim oğluHüseynova Gülnarə Hüseyn qızıHüseynova Kamilla Fikrət qızıHüseynova Laləzar Ramil qızıXanızadə Bəxtiyar Oqtay oğluXanlarova Mehriban Aslan qızıXasıyev Nadir Şənbə oğluXəlilzadə Rüfət Eldar oğluİbrahimova Səbinə Vaqif qızıİbrahimova Şəhla İbrahim qızıİmanov Vaxtanq Yaşar oğluİmanova Gülbacı Əliəkbər qızıİsgəndərova Sənubər Sabir qızıİsmayılov Qurban İbrahim oğluKazımov Nicat Mirəziz oğluKərimov Fəxrəddin Nuri oğluKərimov Loğman Seyfulla oğluKərimova Cəmilə Rüstəm qızıKərimova Qərinə Rəhim qızıQarayev Elnar Cəfər oğluQasımov Məmmədsəfa Məmmədəli oğluQasımov Yusif Əli oğluQəmbərli Ayaz Vahab oğluQəmbərov Salman Hüseyn oğluQəribova Nargilə Dursun qızıQrafkin Boris FyodoroviçQuliyev Cəmil Elşad oğluQuliyev Elxan Əlibala oğluQuliyev Əyyub Ramiz oğluQuliyev Hafiz Məhərrəm oğluQuliyev Qabil Əzizulla oğluQuliyev Rövşən Vaqif oğluQuliyeva İntizar Təhməzqulu qızıQuliyeva Şəlalə Şahvələd qızıQurbanov Cahangir Qafar oğluQurbanov Oruc İzzət oğluQurbanova Gülzar Qurban qızıQurbanova Pərvanə Yaqub qızıMahmudov Zülfüqar Xudaverdi oğluMehmandarov Mustafa Adil oğluMəhərrəmov Firudin Əliməmməd oğluMəmmədxan Ucal İsa oğluMəmmədov Anar Ramiz oğluMəmmədov Əbülfəz Səid oğluMəmmədov Maqsud Fazil oğluMəmmədov Natiq Hidayət oğluMəmmədov Sabir Novruz oğluMəmmədov Səyyad Çapay oğluMəsimov Qurban Abdulla oğluMəstanov Vaqif TeyyuboviçMikayılov Anar Şamil oğluMirişli Nazim Ramiz oğluMirqasımova Ayan Oqtay qızıMirzəhəsənov Hüseyn-Səfa Qvaməddin oğluMirzəyev Gülağası Ağahüseyn oğluMirzəyev Rafiq İsmayıl oğluMusayeva Səmayə Məmməd qızıMusayeva Şükufə İmran qızıMustafayev Arzu Əhməd oğluMustafayeva Laləzar Bəşir qızıNəbizadə Zabit Gülxan oğluNəsirova Hicran Fətəli qızıNəzərov İlham İslam oğluNovruzova Nübar Qulu qızıNuriyev Nurlan Nurməmməd oğluNurzadə Əli Qayıb oğluOsmanov Bəhram Məcid oğluPiriyev İvtixar Fəhrat oğluPoladov Əkrəm Nicat oğluRüstəmov Elşən Mərdan oğluSabayev Andrey YuryeviçSadıqov Anar Babalı oğluSalahov Əbülfət Yusif oğluSalmanov Nicat Fərhad oğluSeyidov Uran Seyidmusa oğluSəlimli Mirbala Seyidəsgər oğluSəlimov Ruslan Xanbala oğluSəmədov Şükür Hacıbala oğluSpitsina Yelena EduardovnaSüleymanova Ulduz İbrahim qızıŞarovskaya Natalya YuryevnaŞərifəliyeva Səidə Vahid qızıŞərifov Munis Məhəmməd İsmayıl oğluŞıxəliyev Ramin Tofiq oğluŞirəliyev Elşən Şıxəli oğluŞirməmmədov Xamis Xanmirzə oğluTağızadə İrana Tofiq qızıVahabzadə Səbinə Qulam qızıVəliyev Nofəl Abdulməcid oğluVəliyeva Nigar Natiq qızıYaqubov Şıxı Miriş oğluYaqubova Ella İsmayıl qızıZeynalov Azər Zeynalabdin oğluZeynalov Elnur Əli oğluZəki Mehriban Mürvət qızıZülfüqarov Cahangir Oqtay oğlu.2.
Sia.az digər xəbərlər