Naxçıvanda yanan azərbaycanlı Türkiyədə müalicə olunur


Naxçıvanda evinin mətbəxində baş verən partlayışda ağır yaralanan Məmmədəli Rzazadə ölümdən dönüb.

Bədəninin böyük bir hissəsində dərin yanıqlar əmələ gələn 5 uşaq atası Rzazadə Türkiyənin Ərzurum şəhərində müalicə olunur.

Naxçıvanda yanıq mərkəzi olmadığı üçün Bakıya göndərilən Rzazadə buradakı müalicə xərclərinin çox olması səbəbindən Ərzuruma aparılıb.

Bölgə Təhsil və Araşdırma Xəstəxanası Yanıq Müalicə Mərkəzində müalicə edilən 59 yaşlı həmyerlimizin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

Onun həyat yoldaşı Nəzakət Rzazadə ərini xilas edən türk həkimlərinə təşəkkür edib: "Həyat yoldaşım mətbəxə əlavə qaz xətti çəkirdi. Mən və uşaqlarım zalda oturmuşduq. O, siqaret yandırmaq istəyəndə böyük partlayış olub. Mətbəxə gedəndə, həyat yoldaşımın üzərindəki paltarlarının yandığını gördük. Vedrələrlə su töküb söndürdük. Naxçıvanda yanıq mərkəzi olmadığı üçün bizi Bakıya göndərdilər. Amma oradakı müalicənin çox bahalı olması səbəbindən Ərzuruma gəlmişik. Burada puldan öncə insan sağlamlığının mühüm olduğunu gördük. Hər kəs bizə qucaq açdı. Bu sevgi bizə günlərdir verdiyi acını unutdurdu".

mənbə: open.az

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər