Nazir hər kəsə içməyi, çəkməyi və ət yeməyi tövsiyə etdi

Nazir hər kəsə içməyi, çəkməyi və ət yeməyi tövsiyə etdi

Mayın 3-də NRK radiostansiyasına verdiyi müsahibədə yeni Norveç Səhiyyə naziri Silviya Listhuq bildirib ki, insanlara siqaret çəkməyə, spirtli içki içməyə və istədikləri qədər ət yeməyə icazə vermək lazımdır.


"Mən insanların mənəvi bələdçisi olmağa və onlara necə yaşamaq lazım olduğunu öyrətməyə hazırlaşmıram. Mən insanlara seçim üçün kifayət qədər informasiya təqdim etmək niyyətindəyəm. Onu nəzərdə tuturam ki, insanlara istədikləri qədər siqaret çəkmək, içmək və ət yemək üçün icazə verilməlidir. Səlahiyyətlilər pis vərdişlər barədə məlumat verməkdən şaddırlar, amma insanlar nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilirlər".


"Məncə, bir çox siqaret çəkənlər siqaret paketlərində siqaret təhlükəsi barədə şəkillərə baxanda ikrah hissi keçirirlər. Hesab edirəm ki, bu səfehlikdir. Siqaret çəkmək çox pis bir vərdişdir və insanlar nə etməli olduqlarına özləri qərar verməlidirlər "- nazir deyib.


Listhug bir çox hallarda qeyri-müəyyən ifadələri ilə tanınan ən populyar Norveç siyasətçilərindən biridir.

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər