Nazir müavini təcili əməliyyat olundu - Azərbaycanda

Nazir müavini təcili əməliyyat olundu - Azərbaycanda

İqtisadiyyat nazirinin müavini Şirzad Əyyub oğlu Abdullayevin səhhətində problem yaranıb.

Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, nazir müavini başında yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Ş.Abdullayev hazırda müalicə olunur və işə çıxmır.

Xatırladaq ki, Ş.Abdullayev 2008-2018-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezidentin 2018-ci il 31 may tarixli 163 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.


Sonxeber.az

Açar sözlər
Şirzad Əyyub , Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi , Sahibkarlığa Kömək Milli Fondu , Azərbaycan Respublikası
İqtisadiyyat xəbərləri
Sonxeber.az digər xəbərlər