Nazir: Notr-Dam kilsəsinin rekonstruksiyası beş ildən çox çəkə bilər

Nazir: Notr-Dam kilsəsinin rekonstruksiyası beş ildən çox çəkə bilər

Parisdə Notr-Dam kilsəsinin rekonstruksiyası beş ildən daha çox çəkə bilər.

Trend-n məlumatına görə, bunu Fransanın mədəniyyət naziri Frank Riester deyib.

O bildirib ki, bərpa işləri tam sürətlə həyata keçiriləcək.

"Bununla belə, bir müddət əvvəl ölkə prezidenti Emmanuel Makronun təyin etdiyi 5 illik müddəti uzana bilər".

Xatırladaq ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər