Nazir: “Teknofest” festivalının Azərbaycanda da keçirilməsi ilə bağlı razılıq əldə olunub

Nazir: “Teknofest” festivalının Azərbaycanda da keçirilməsi ilə bağlı razılıq əldə olunub

Artıq 4-cü dəfədir Türkiyədə keçirilən “Teknofest” festivalına ilk dəfə qatılmışıq. Bu festivalda Azərbaycan 9 startap və eyni zamanda, bir IT şirkəti ilə təmsil olunur.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, bundan başqa Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələrdən ibarət 5-ə yaxın komanda yarışlara qatılıb: “Tələbələrin bu kimi yarışlara qatılması onların təcrübə, bilik və bacarıqların artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Növbəti illərdən “Teknofest” festivalının Azərbaycanda da keçirilməsinə dair Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə ilkin razılaşma əldə olunub”.

Açar sözlər
Rəşad Nəbiyev , Türkiyənin Sənaye Və Texnologiya Nazirliyi , Azərbaycan , Türkiyə
İqtisadiyyat xəbərləri
Xezerxeber.az digər xəbərlər