Nazirdən yeni müdir TƏYİNATI

Nazirdən yeni müdir TƏYİNATI

İmişli Rayon Təhsil Şöbəsinə (RTŞ) müdir təyinatı olub.

Müfaviq əmrlə bu vəzifəyə Ələmdar Abbas oğlu Quliyev təyin edilib.

Ə.Quliyev bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Evlidir, 2 övladı var. (report)

Hadisə xəbərləri
Publika.az digər xəbərlər
Azərbaycanda ilk dəfə Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək - FOTOLAR

Azərbaycanda ilk dəfə Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək - FOTOLAR

09-05-2019 16:59 - Publika.az - Mədəniyyət
Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq.