Nazirlik 7 yaşlı qızın öldüyü hadisə barədə məlumat yaydı

Nazirlik 7 yaşlı qızın öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Yevlaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

BiG.AZ nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, 7 yaşlı Ləman Əsgərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Hadisə xəbərləri
Big.az digər xəbərlər