Nazirlik “Azəriqaz”ı məhkəməyə verdi

Nazirlik “Azəriqaz”ı məhkəməyə verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planaalma Ekspedisiyasının “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxılıb.


2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Buna səbəb ərizənin məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə deyil, poçt vasitəsilə göndərilməsidir.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş 10-1.3-cü maddəyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, məhkəmə sənədlərinin məhkəməyə çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Ona.az

Hadisə xəbərləri
Kommersant.az digər xəbərlər
Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır  - MİSAL İLƏ İZAH

Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır - MİSAL İLƏ İZAH

26-04-2019 14:35 - Kommersant.az - İqtisadiyyat
Məcəllənin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, quş ətinin satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı ƏDV-dən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.