Nazirlik nümayəndəsi popkorn satan gənclə bağlı


Nazirlik nümayəndəsi popkorn satan gənclə bağlı MƏLUMAT YAYDI

"Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə popkorn satan həmin gənci tapdıq".

Oxu24.com xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov öz "Facebook" səhifəsində yazıb:

"Bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə popkorn satan gənclə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Deməli, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX - cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".

loading...

Paylaş:

09-may, 2019 5

loading...

Загрузка...

loading...

Siyasət xəbərləri
Oxu24.com digər xəbərlər