Nazirlik popkorn satan yeniyetməni tapdı

Nazirlik popkorn satan yeniyetməni tapdı

“Bir neçə gündür “Azneft” meydanının yaxınlığındakı keçiddə popkorn satan yeniyetmə ilə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq”

Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

O bildirib ki, popkorn satan gənc Seyfullayev İsrafil Vüqar oğludur: “2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov “Azneft” meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddən çıxarılması ilə bağlı məlumat paylaşmışdı.

pia.az