Nazirlik təkzib etdi - Azərbaycanla Aİ arasında saziş...

Nazirlik təkzib etdi - Azərbaycanla Aİ arasında saziş...
Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz mayın 13-də imzalanması nəzərdə tutulmayıb.
Bu sözləri ONA-ya açıqlamasında XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
“Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”,- deyə o bildirib.
Qeyt edək ki, bu gün parlamentin iclasında Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanla Aİ arasında yeni sazişin mayın 13-də imzalanacağını bəyan edib.
Paylaş:Açar sözlər
Leyla Abdullayeva
, Oqtay Əsədov
, Milli Məclis
, Avropa Ittifaqı
, Azərbaycan
, Milli Məclis