Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”... - SƏS YAZISI

Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”... - SƏS YAZISI

"Mən o qızı nə tanımıram, nə də mənim qardaşımın uşağı deyil. Heç qızın adını da bilmirəm. O kimdir? Tanımıram! Bu video məndə bir aydır ki, var və bu qız məni bu video ilə şantaj edib, pul istəyir”.

Bu sözləriNews24.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva bu gün sosial şəbəkələrdə özünü onun qardaşı qızı kimi qələmə verən Pərvanə adlı xanımın video-müraciətinə münasibət bildirərkən deyib.

Xalq artisti qeyd edib ki, onun qardaşı Ağaların Rəvan və Cavanşir adlı qanuni iki oğlu var:"Sən demə bir neçə müddət bundan əvvəl bu qız bacım Zeynəbə zəng edərək, deyib ki, Nazpəri mənə pul verməsə, onu bu video ilə şantaj edəcəyəm. Mən ümumiyyətlə, bu qızı tanımıram. Mənim qardaşımın elə qızı yoxdur. O, məni canlı olaraq heç həyatda görməyib”...

www.anews.az

loading...

Mədəniyyət xəbərləri
Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

Sumqayıtda uşaqlar üçün teatr yaradılıb - FOTOLAR

17-04-2019 10:34 - Xeberle.com - Mədəniyyət





Sumqayıt şəhər
N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin
dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə "Günəşim”
kukla teatrının təqdimat mərasimi keçirilib.
Təqdimat
mərasimində Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi
üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Klubun
özfəaliyyət kollektivinin üzvləri Nicat Abdullayev və Həcər Səfərlinin
aparıcılığı ilə başlayan tədbirdə "Günəş” mahnı qrupunun (bədii rəhbər İradə
Aslanova) ifasında şən mahnılar, uşaqlardan ibarət "Buratino” rəqs qrupunun (bədii
rəhbər Kamran İsmayılov və Nişanə İsmayılova) şən rəqsləri və klounların
məzhəkəli çıxışları balacalara unudulmaz anlar yaşadıb.
Sonra "Günəşim”
kukla tetarının Abdulla Şaiqin "Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi
"Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.
Tamaşa uşaqlar
tərəfindən maraq və sevinclə qarşılanıb.
Qeyd edək ki, "Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Regional Mədəniyyət
İdarəsinin rəisi Mehman Şükürovun dəstəyi ilə Sumqayıt şəhər 4 saylı
Diyarşünaslıq klubunun nəznində yaradılan "Günəşim” kukla teatrının məqsədi uşaqların
asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün
formalaşmasında yardımçı olmaqdır.
 Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii
rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel
Hüseynovadır.




Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.
Anews.az digər xəbərlər