NBCBank gücləndirilmiş iş rejiminə keçir

NBCBank gücləndirilmiş iş rejiminə keçir

(®) Azərbaycan Respublikasının Prezidenti Cənabİlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış Fərmana əsasən kompensasiyaların verilməsi davam edir.

Bu günə qədər NBCBank tərəfindən 500 manata qədər olan kompensasiyaların verilməsi icra faizi artıq 60% keçib. Növbəti həftədən etibarən artıq 500 manatdan yuxarı olan kompensasiyaların plastik kartlar vasitəsilə verilməsi planlaşdırılır. Kompensasiya üçün nəzərdə tutulan plastik kartlar artıq tam olaraq hazırdır. Növbəlik prisipinin qorunması üçün vətəndaşlara smslər və zənglər getməkdə davam edir.

Bank gücləndirilmiş iş rejiminə keçib. Bundan başqa Bakıda keçirilən Formula-1 sürət yarışlarını nəzərə alaraq NBCBankın "1 saylı" filialı bazar günü saat 10.00-dan 17.00-dək çalışacaq.

Ölkənin ilk müstəqil banklarından olan“NBCBank” ASCBas Ofis, 11 filial və 1şöbədən ibarət xidmət şəbəkəsi ilə 26 ildir ki müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün NBCBankın rəsmi facebook, instagram səhifələrindən və yaxud whatsapp üzərindən +994709320932 məlumat əldə edə bilərlər. Bundan əlavəwww.nbcbank.azsaytına daxil olmaq və ya 932 Məlumat Mərkəzinə zəng etmək kifayətdir.

İqtisadiyyat xəbərləri
Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb


 
 
 Sənəd müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədi daşıyır.
Fərmanla “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”təsdiq edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.7-ci bəndində qeyd olunan büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 2020-ci və 2021-ci illərin dövlət büdcəsi layihəsinin tərtibi prosesinə və büdcə təqviminə paralel olaraq tətbiqini təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
MilliYol.
Marja.az digər xəbərlər