“Nə Aİ və NATO-ya hesab veririk, nə də Moskvaya " - AKTUAL

“Nə Aİ və NATO-ya hesab veririk, nə də Moskvaya " - AKTUAL


"Azərbaycan Rusiya və Qərblə siyasətini üst-üstə qoymur. Hər iki qütblə paralel şəkildə əlaqələr qururuq” .
Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Analitik bildirib ki, hazırda müşahidə olunan qarşılıqlı səfərlər, Rusiyanın bölgədə aktivləşməsi sadəcə görüntüdür və real vəziyyəti o qədər də əks etdirmir:
"Ötən il ərzində Rusiyanın bir çox nazirləri Azərbaycana səfər ediblər. Məsələ ondadır ki, bu səfərlər geniş işıqlandırılmır. Lakin qarşılıqlı səfərlər ardıcıl xarakter daşıyır. Demək olar ki, hər ay Azərbaycana bir rus naziri gəlir. Əlbəttə, Rusiya Fedeasiya Şurasının sədri Valentina Matvienkonun Azərbaycana səfəri mühümdür. Çünki Matvineko tanınmış və nüfuzlu siyasətçidir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya münasibətləri digər amillərdən birbaşa asılı deyil”.
Ekspert vurğulayıb ki, keçən il Rusiyanın iqtisadi inkişaf və sənaye-ticarət nazirləri Azərbaycana gəliblər. Onların səfərlərini Qərb-Azərbaycan münasibətlərinin inkişafı ilə əlaqələndirmək doğru deyil:
"Çünki belə səfərlər nəticəsində iki qonşu ölkələr arasında iqtisadi əməkdaşlıq inkişaf etdirilir və birgə layihələr hazırlanır. Nə Rusiya ilə əməkdaşlığa görə, NATO-ya, yaxud Avropa İttifaqına hesab veririk, nə də Qərblə münasibətlərə görə, Moskvanın könlünü almağa çalışırıq. Çox güman ki, bizə qonşu dövlətlər, məsələn Ermənistan və Gürcüstan bu cür hesabatlar verirlər”.
İsmayıl

Siyasət xəbərləri
Sherg.az digər xəbərlər