“Nə istəyirsiz siz məndən, əl çəkin, mən bu barədə heç nə danışmayacam..."

“Nə istəyirsiz siz məndən, əl çəkin, mən bu barədə heç nə danışmayacam..."

Ötən həftə Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahovun sürücüsünün qayda pozması haqda xəbər yayılmışdı.


Yayılan xəbərdə paytaxtın “Azadlıq” prospektində sürücünün yolun əks istiqaməti ilə hərəkət etməsini təsdiq edən görüntülər var.


Həmin görüntülərlə bağlı qurumdan heç bir açıqlama verilməmişdi.


Bizimyol.info sürücüsünün qayda pozduğu görüntülərlə bağlı MSK rəhbəri Məzahir Pənahova zəng edib. Onun məsələ ilə bağlı sayta açıqlaması maraqlı olub.


“Nə istəyirsiz siz məndən? Əl çəkin, mən bu barədə heç nə danışmayacam. Mətbuat şöbəsinə bildirmişəm, açıqlama versinlər. Hazırda uyğun yerdə deyiləm” – deyə MSK rəhbəri bildirib.

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər